Təl-Əvivdəki terrora görə məsuliyyəti onlar üzərinə götürdü

23:10 - 2 Oktyabr 2024

Təl-Əvivdəki terrora görə məsuliyyəti onlar üzərinə götürdü

Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam briqadası üzərinə götürüb.

 

Manset.az xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.

İstintaq zamanı məlum olub ki, hücumu həyata keçirən hər iki şəxs İordan çayının qərb sahilindəki Xevron şəhərinin sakinləridir. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri ağır yaralanıb.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin