Bu ərazidə qaz kəsiləcək - XƏBƏRDARLIQ
6 Noyabr 2024
13:52 - 3 Oktyabr 2024
AFFA Azərbaycan Premyemyar Liqasında çıxış edən 4 klubu cərimələyib.
Manset.az xəbər verir ki bu barədə qərar qurumun İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.
Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.
28 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);
29 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilir (maddə 37);
29 sentyabr 2024-cü il tarixində Misli Premyer Liqasının VIII turunun “Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin