Aİ-dən Livana 30 milyonluq yardım

13:57 - 3 Oktyabr 2024

Aİ-dən Livana 30 milyonluq yardım

Avropa İttifaqı ölkənin cənubunda münaqişənin kəskinləşməsi ilə əlaqədar Livana humanitar yardım göstərmək üçün daha 30 milyon avro (57 milyon manat) ayırıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ümumilikdə 2024-cü ildə respublika əhalisinin ehtiyacları üçün Aİ-nin ayırdığı vəsait 100 milyon avronu (187 milyon manat) keçib.

Xatırladaq ki, oktyabrın 1-dən 2-nə keçən gecə İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrində məhdud miqyaslı quru əməliyyatı elan edib


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin