2050-ci ilə qədər gənclərin təxminən 40 faizi bu epidemiyanın qurbanı ola bilər

14:24 - 4 Oktyabr 2024

2050-ci ilə qədər gənclərin təxminən 40 faizi bu epidemiyanın qurbanı ola bilər

Yeni hesablamalara görə, dünyada sürətlə artan miopiya epidemiyası həyəcan verici səviyyəyə çatıb. 2050-ci ilə qədər 740 milyondan çox uşaq və yeniyetmənin uzaq məsafələrdə olan obyektləri görməkdə çətinlik çəkə biləcəyi proqnozlaşdırılır.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu proqnozlar 2023-cü ilə qədər 50 ölkədən toplanmış məlumatların qlobal icmalına əsaslanır. 

Bildirilib ki, son 30 ildə, xüsusilə 2020-ci ildən sonra təkcə bir neçə regionda deyil, bütün dünyada miopiya nisbətlərinin artması müşahidə olunub.

Tədqiqatlar sübut edir ki, iki valideyni miopi olan bir uşaq çöldə kifayət qədər vaxt keçirməzsə, risk 100-də 60-a qədər artır.

Uşaqların pandemiya zamanı daha çox qapalı məkanlarda qalmaları və distant təhsillə ekran qarşısında uzun müddət qalmaları miopiya riskini artıran amillərdən biri olaraq görülür.

Tədqiqatçılar vurğulayırb ki, miopiyanın niyə artdığını müəyyənləşdirmək və gələcək nəsildə görmə qabiliyyətinin itirilməsinin qarşısını almaq üçün dəlillərə əsaslanan həllər hazırlamaq çox vacibdir. Əgər uşaqlar və yeniyetmələr arasında miopi nisbəti bu sürətlə artmağa davam edərsə, 2050-ci ilə qədər dünya üzrə gənc əhalinin təxminən 40 faizinin miopiyaya məruz qalacağı gözlənilir.


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin