Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - Sonda xəstəxanalıq oldu

21:19 - 7 Oktyabr 2024

Bakıda kişi arvadının evli rəfiqəsinə mesaj göndərdi - Sonda xəstəxanalıq oldu

Bakının Xəzər rayonunda 44 yaşlı kişi bıçaqlanmasının bəzi detalları məlum olub.


Manset.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Binə qəsəbəsi, Nadir şah Əfşar küçəsində yerləşən dəmir alqı-satqısı obyektində qeydə alınıb.

1980-ci il təvəllüdlü Şahpur Cəfərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən onun həmyerlisi 1969-cu il təvəllüdlü Nizami Əliyev isə saxlanılıb.

Məsələ ilə bağlı Şahpur Cəfərov və Nizami Əliyevin ailələri bildiriblər ki, Ş.Cəfərov və N.Əliyevin həyat yoldaşları Binə qəsəbəsində yerləşən poliknikaların birində çalışırlar.

Ailəni tanıyanlar iddia edirlər ki, Ş.Cəfərov həyat yoldaşı Sevinc Cəfərovanın telefonundan N.Əliyevin həyat yoldaşı Arzu Əliyevanın telefon nömrəsini götürərək bəzi mesajlar göndərib.

Buna görə də, N.Əliyev də sözügedən şəxsin işlədiyi obyektə gedərək onu bıçaqlayıb.

Bıçaqlanan şəxs Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Ətraflı süjetdə:


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin