İrandan İsrailə yeni xəbərdarlıq - "Cavab verəcəyik"

17:20 - 08 Oktyabr 2024

İrandan İsrailə yeni xəbərdarlıq - \"Cavab verəcəyik\"

İsrail ordusu Hizbullahla münaqişənin ilk ilində Livanın cənub-qərbində quru əməliyyatlarına başladığını və hücumlarını yeni bir bölgəni əhatə edəcək şəkildə genişləndirdiyini açıqlasa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) diplomatik yolla həllə çağırıb. İsrailə raket hücumundan bir həftə sonra İran bu gün İsraili İrana qarşı hər hansı hücuma qarşı xəbərdar edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İranın infrastrukturuna hücum olarsa, cavab veriləcək.

Həmçinin Araqçinın İsrailin Qəzza və Livana hücumlarını dayandırmaq üçün bu gündən etibarən Səudiyyə Ərəbistanı və digər bölgə ölkələrinə səfər edəcəyi bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az