Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
10 Noyabr 2024
19:03 - 9 Oktyabr 2024
Ermənistan MDB-yə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısında qəbul olunan iki bəyanatın müzakirəsinə qatılsa da, sonradan bu sənədləri imzalamaqdan imtina edib.
Manset.az xəbər verir ki, bunu ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O bildirib ki, həmin bəyanatlar hazırlanarkən rəsmi İrəvanın təkliflərinin əksəriyyəti nəzərə alınıb.
Zaxarova həmçinin rəsmi İrəvanın sözügedən sənədləri imzalamamasının səbəbləri barədə suala qısa cavab verib: “Bu sualı onların özünə ünvanlayın”.
Qeyd edək ki, sözügedən qurumun son iclasında iştirak edən Ermənistanın nümayəndə heyəti “Avrasiya regionunda təhlükəsizliyin təmin olunmasının prinsipləri” və “Beynəlxalq Əlaqələrin qurulması zamanı təktərəfli tədbirlərin həyata keçirilməsi” barədə bəyanatları imzalamayıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin