Həftə sonları həddindən artıq yatmaq faydalıdır?

08:30 - 10 Oktyabr 2024

Həftə sonları həddindən artıq yatmaq faydalıdır?

Həftə sonları bütün gün ərzində yatmaq vərdişi heç də faydasız deyil.

 

Manset.az Lent.az-a istinadən bildirir ki, alimlər bununla bağlı araşdırma aparıblar.

Tədqiqat çərçivəsində alimlər 90 mindən çox britaniyalının rifahı ilə bağlı məlumatları təhlil ediblər. Könüllülərin ümumi sayının təxminən 22%-i gündə 7 saatdan az yatıb.

Nəticədə, tədqiqatçılar belə qənaətə gəliblər ki, əgər həftə sonları cəmi 1 saat 15 dəqiqə çox yatsanız, zərərsiz vərdiş ürək xəstəliklərinin inkişaf riskini 19% azaldacaq.

Alimlər xəbərdarlıq edir ki, həftə sonları yatmaq və iş günlərində kifayət qədər yuxu almamaq orqanizmə pis təsir edir.

Buna görə də yuxu və istirahət rejimini normallaşdırmaq lazımdır.


Xəbər xətti

6 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin