Deputatlara təzə elektron poçt açıldı

10:56 - 12 Oktyabr 2024

Deputatlara təzə elektron poçt açıldı

VII çağırış Milli Məclisin deputatları ilə əlaqənin daha əlçatan olması üçün onların hər birinə elektron poçt açılıb.
 

Manset.az Modern.az-a istinadən xəbər verir ki, deputatların elektron poçtları onların seçildikləri dairənin nömrəsi ilə başlayır.

Məsələn, 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsinin deputatı Günay Ağamalının elektron poçtu belədir: [email protected]

O cümlədən, 70 saylı Neftçala seçki dairəsinin deputatı Tənzilə Rüstəmxanlıya məktub yazmaq istəyən şəxs onu [email protected] e-mailinə göndərə bilər.

Deputatların elektron poçtunda yeganə fərq rəqəmlərlə bağlıdır ki, onlar da qeyd etdiyimiz kimi, parlamentarın mənsub olduğu seçki dairəsinin nömrələrini əks etdirir.

Əldə etdiyimiz məlumata görə, artıq deputat köməkçilərinin təyinatı da başa çatıb. Yaxın günlərdə deputat köməkçilərinin adları və əlaqə nömrələrinin parlamentin rəsmi saytında deputatların siyahısına əlavə olunacağı gözlənilir.
 
Qeyd edək ki, deputat köməkçisinin təyinatı “Deputatın statusu haqqında” Qanunun tələblərindən irəli gəlir.
Bu qanunun 21-1-ci maddəsində deyilir:

- Deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər.

Deputatın köməkçiləri Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına saxlanılır.

Deputatın köməkçisinin işə qəbulu Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

Deputatın köməkçisinə aid əlavə tələblər Azərbaycan Respublikası Milli Məclisi sədrinin sərəncamı ilə müəyyən edilir.
 


Xəbər xətti

3 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin