Aİ İrana qarşı sanksiyaları təsdiqlədi

13:40 - 14 Oktyabr 2024

Aİ İrana qarşı sanksiyaları təsdiqlədi

 Avropa İttifaqı (Aİ) İranın “Rusiyaya ballistik raketlər tədarükü” iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edib.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri bu gün Lüksemburqda Rusiya-Ukrayna münaqişəsi və bölgədə sabitliyi təmin etməklə bağlı müzakirələr həyata keçirmək üçün görüş keçiriblər.

Görüş zamanı İrana qarşı tətbiq ediləcək 14 sanksiya təsdiqlənib.

Sanksiyalar bu silahların istehsalı və təchizatı ilə məşğul olan şirkətlərə və qurumlara, təxminən  685 hüquqi və 1558 fiziki şəxsə şamil edilib.

Onların Aİ-dəki aktivləri dondurulub və Avropa Birliyinə girişi qadağan edilib.

Xatırladaq ki, Moskva və Tehran İran silahlarının Ukraynada istifadəsi üçün Rusiyaya tədarükü ilə bağlı versiyaları dəfələrlə təkzib etmişdilər.

 

Fidan Əliyeva

Manşet.az

 

 


Xəbər xətti

12 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin