"İrana veriləcək cavab İsrailin maraqları ilə müəyyən ediləcək"

14:24 - 15 Oktyabr 2024

"İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, İrana cavabın formasını İsrailin maraqları müəyyən edəcək".

 

Manset.az bu barədə İsrail mətbuatına istinadən xəbər verir.

“Biz Amerika hökumətinin mülahizələrini dinləyirik, lakin son qərarları İsrailin milli təhlükəsizlik maraqlarına əsaslanaraq verəcəyik”, - məlumatda deyilir.

Xarici mənbələr qeyd edir ki, Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasına İranın neft və ya nüvə obyektlərinə deyil, hərbi obyektlərinə zərbələr endirməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 2” əməliyyatı çərçivəsində İsrailə çox sayda raket atmışdı.


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin