Qohumların qanlı torpaq davası - 9 nəfər yaralandı

17:06 - 15 Oktyabr 2024

Qohumların qanlı torpaq davası - 9 nəfər yaralandı

Türkiyənin Osmaniye şəhərində Düziçi rayonunda qohumlar arasında torpaq mübahisəsi nəticəsində 9 nəfər yaralanıb.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İddialara görə, qohumlar arasında torpaq mübahisəsi zəminində yaranan mübahisə davaya çevrilib.

Ətrafdakıların məlumatlandırılmasından sonra hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib. Kənd sakinləri və jandarma qruplarının müdaxiləsi ilə dava sakitləşdirilib. Döyüşdə yaralanan 9 nəfər Düziçi Dövlət Xəstəxanasına aparılıb. Davadan sonra xəstəxanaların qarşısında və kənddə təhlükəsizlik tədbirləri görülüb, hadisə ilə bağlı araşdırma başlanıb.


Xəbər xətti

4 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin