Şəhərin mərkəzinə getmək istəyənlər bu yollarla daxil ola bilər
2 Noyabr 2024
11:50 - 16 Oktyabr 2024
TƏBİB-in təşkilatçılığı və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə "TƏBİB-in İxtisas gündəliyi" proqramı çərçivəsində beynəlxalq sümük-əzələ sistemi xəstəlikləri günləri ilə əlaqədar “Həmişə ayaq üstə” layihəsi baş tutacaq.
Bu barədə Manset.az-a TƏBİB-dən məlumat verilib.
22-23 oktyabr tarixlərində Göyçay Rayon Mərkəzi Xəstəxanasında sümük-oynaq, sinir ağrılarından əziyyət çəkən vətəndaşlara, həmçinin epilepsiya, psixi-fiziki inkişaf ləngiməsi, serebral iflic, febril qıcolma, pleksopatiyadan əziyyət çəkən uşaqlara Bakı şəhərində yerləşən TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən uzman və ixtisaslı həkimlər (travmatoloq-ortoped, revmatoloq, nevroloq, uşaq nevroloqu, endokrinoloq, uşaq endokrinoloqu, terapevt) tərəfindən tibbi xidmətlər göstəriləcək.
24 oktyabr tarixində isə Göyçay Rayon Mərkəzi Xəstəxanasında Göyçay-Kürdəmir tibbi ərazi bölməsinə aid olan - Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarında yerləşən tibb müəssisələrinin həkim heyəti üçün seminarların təşkili, həmçinin vətəndaşların maarifləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
“Həmişə ayaq üstə” layihəsi çərçivəsində Göyçay, Kürdəmir, Zərdab, Ucar rayonlarının vətəndaşları baş tutacaq tibbi müayinələrdən yararlanmaq üçün adıçəkilən tibb müəssisələrinin qeydiyyat bölməsinə müraciət edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin