Xəzər dənizində naməlum varlıq görüldü: İnsanlar təlaşda - VİDEO
9 Noyabr 2024
01:30 - 29 Oktyabr 2024
Azərbaycanda bələdiyyələrin birləşdirilməsi vətəndaşların qeydiyyat məsələsinə təsir göstərməyəcək.
Manset.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O qeyd edib ki, bələdiyyələr birləşəndə və ya ayrılanda onların adları, ünvanları dəyişilə bilir.
"Bu isə ərazilərin, yaşayış məntəqələrinin seçilməsi və adlandırılması ilə əlaqədardır. Lakin burada vətəndaşların ünvanlarına heç bir təsir göstərilmir. Çünki ünvan bilavasitə vətəndaşların qeydiyyatında öz əksini tapıb və vətəndaşlar da həmin qeydiyyatda daimi olaraq qalırlar", - deyə o qeyd edib.
Komitə sədri bildirib ki, seçkilər zamanı həmin ərazilərdə yaşayan və qanunvericiliyə uyğun olaraq əraziləri müəyyən olunan insanlar öz ərazilərində yaradılan və ya fəaliyyət göstərən bələdiyyələrə səs verəcəklər.
Qeyd edək ki, "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə - "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə" qanun layihələrinə təklif edilən dəyişikliyə əsasən, bələdiyyələrin sayı azaldılır.
Layihəyə əsasən,1400 bələdiyyə birləşəcək. Birləşmə nəticəsində ölkədə bələdiyyələrin sayı 1606-da 684-ə düşəcək.
Qanun layihəsi Milli Məclisin 18 oktyabr tarixində keçirilən plenar iclasında müzakirə edilərək birinci oxunuşda qəbul edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin