Braziliya lideri ABŞ-da yeni prezident kimi onu görmək istəyir

13:59 - 2 Noyabr 2024

Braziliya lideri ABŞ-da yeni prezident kimi onu görmək istəyir

Braziliya lideri Luis İnasio Lula da Silva ABŞ prezidenti postunda hazırkı vitse-prezident Kamala Harrisi görməyə üstünlük verdiyini bildirib.


Manset.az xəbər verir ki, Braziliya prezidenti bu haqda fikrini LCI telekanalına müsahibəsində bildirib.

Luis İnasio Lula da Silva “Hakimiyyətdə demokrat namizəd görmək əla olardı” deyib.

Onun fikrincə, Harrisin ABŞ prezidenti postuna gəlməsi ölkədə demokratiyanın möhkəmlənməsinə töhfə verəcək. Bununla bağlı o, Donald Trampın tərəfdarlarının 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumunu xatırladıb.

ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.


Xəbər xətti

6 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin