ABŞ-də prezident seçkilərində 78 milyon insan erkən səs verdi

11:42 - 4 Noyabr 2024

ABŞ-də prezident seçkilərində 78 milyon insan erkən səs verdi

ABŞ prezident seçkilərində 78 milyondan çox amerikalı erkən səs verib .

 

Manset.az bu barədə TASS-a istinadən xəbər verir.

Bildirilir ki, 42,6 milyon nəfər şəxsən seçki məntəqələrində olub, 35,3 milyon nəfər isə poçt vasitəsilə səs verib.

ABŞ-də təxminən 168 milyon qeydə alınmış seçici var.

Erkən səsvermə aktivliyi ən yüksək Texas (8,9 milyon nəfər erkən səs verib), Florida (8,1 milyon), Kaliforniya (7,6 milyon), Şimali Karolina (4,4 milyon) və Corciyada (4 milyon) olub.

Ümumi seçkilər isə çərşənbə axşamı, noyabrın 5-də keçiriləcək.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin