İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTOLAR
4 Dekabr 2024
14:45 - 4 Noyabr 2024
Avstriyada qatara çıxan 17 yaşlı yeniyetmə körpüyə çırpılaraq ölüb.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Avstriyada 13-18 yaşlı 4 gəncin qatarın üstündə video çəkmək cəhdi fəlakətlə nəticələnib. Oktyabrın 29-da paytaxt Vyanada Şönbrunn stansiyası yaxınlığında baş verən hadisədə hərəkətdə olan qatarda hərəkət edən gənclərdən ikisi qatar piyada körpüsünə yaxınlaşan kimi ayağa qalxıb. Gənclərdən biri körpü ilə üzbəüz dayanan dostlarına “aşağı, aşağı” qışqıraraq xəbərdarlıq etməyə çalışsa da, onların körpüyə çırpılmasının qarşısını ala bilməyib. Həmin anın videoyazısında başını körpüyə dəyən iki gəncin vaqonun üzərinə yıxıldığı görünüb. Gənclərdən biri təcili dayandırma düyməsini basdıqdan sonra qatar dayanıb və hadisə yerinə həkim briqadası göndərilib. Hadisə zamanı ağır yaralanan iki gənc xəstəxanaya aparılıb. Yerli mətbuatın məlumatına görə, gənclərdən biri yüngül, digəri isə xəsarət almadan hadisədən xilas olub.
Reanimasiyada müalicə alan 17 yaşlı gəncin hadisədən 3 gün sonra dünyasını dəyişdiyi, digər 18 yaşlı gəncin isə müalicəsinin davam etdiyi açıqlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin