İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada - FOTOLAR
4 Dekabr 2024
20:15 - 4 Noyabr 2024
4 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İraq Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.
XİN-dən Manset.az-a verilən xəbərə görə, telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Qarşı tərəf bir neçə gün sonra ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin