Azərbaycanda İYRƏNC HADİSƏ: 13 yaşlı qız atasından hamilə qaldı

15:15 - 5 Noyabr 2024

Azərbaycanda İYRƏNC HADİSƏ: 13 yaşlı qız atasından hamilə qaldı

İsmayıllı rayonunda yetkinlik yaşına çatmayan övladı ilə cinsi əlaqədə olan 1980-ci il təvəllüdlü H. Turabov (şərti) həbs edilib.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, əvvəllər də məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 152.4.1-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma - Onu tərbiyə etmək funksiyasını daşıyan şəxs tərəfindən törədilməklə) maddəsinə əsasən məsuliyyətə cəlb edilib.

Məlum olub ki, H.Turabov 2022-ci ilin iyul ayının sonlarından 2023-cü ilin dekabrınadək 13 yaşlı övladı ilə mütəmadı cinsi əlaqədə olub. Yeniyetmə qızda 2023-cü ilin sonunda 34 həftəlik hamiləlik müəyyən edilib.

Bundan sonra cinayət işi açılıb.

Həbs edilən şəxs ifadəsində bildirib ki, o, türmədə olarkən arvadı məhbus yoldaşına ərə gedib. O, övladına qarşı seksual xarakterli hərəkət etmədiyini, onun kimdən hamilə qaldığını bilmədiyini deyib.

Ekspertiza rəyində isə yeniyetmənin bətnindəki dölün H. Turabovdan olması qeyd edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmlə H. Turabov 9 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin