Bakının bu ərazilərində avtobuslar PULSUZ İŞLƏYƏCƏK

22:33 - 8 Noyabr 2024

Bakının bu ərazilərində avtobuslar PULSUZ İŞLƏYƏCƏK

COP29 tədbiri ərzində Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ərazisindən paytaxtın 2 istiqamətində ödənişsiz ekspres xətlər fəaliyyət göstərəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd olunub ki, H1 ekspres xətti üzrə avtobuslar "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə, H2 ekspres xətti üzrə avtobuslar isə "Əhmədli" metrostansiyasına hərəkət edəcək.

Sözügedən marşrutlar noyabr 10-dan fəaliyyətə başlayacaq və ödənişsiz şəkildə sərnişinlərə xidmət göstərəcək.  


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin