"COP29-da mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq" - Saymon Stil

13:35 - 12 Noyabr 2024

"Bakıda keçirilən COP29-dan gözləntilər çoxdur".

 

Manset.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29-un ikinci günündə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, COP29-un aydın şəkildə nəticələr ortaya qoyacağına ümidlər var:

"İqlim dəyişikliyi ilə bağlı mövcud ehtiyaclara uyğun tələblər qoyulacaq. İnanırıq ki, bütün ölkələrin dəstəyi artacaq. Özəl sektor da maliyyələşmədə əsas mənbə kimi nəzərdən keçiriləcək".


Xəbər xətti

4 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin