Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
11:46 - 28 Noyabr 2024
Bu il qış aylarının Türkiyədə son 50-60 ilin ən sərt fəsli olacağı proqnozlaşdırılır. Hazırda ölkə üzrə hava temperaturunun ötən illərin eyni dövrünə nisbətən daha aşağı olduğu, bəzi bölgələrdə isə qarın daha erkən yağması müşahidə edilir.
Manset.az xəbər verir ki, alimlər bunu cari ilin yay aylarının olduqca isti keçməsi və təbiətin buna qarşı özünü tənzimləməsi ilə izah edirlər. Belə ki, bu il Türkiyədə 1970-ci ildən bəri ən isti yay fəsli qeydə alınıb. Fəsil ərzində ölkədə orta temperatur normadan azı 2 dərəcə yüksək olub.
Mütəxəssislərin fikrincə, çox isti bir fəsildən sonra daha soyuq bir dövrün başlaması normal haldır. Türkiyə üzrə ötən yaz-yay aylarının olduqca isti keçməsi, yağışın norma miqdarından daha az yağmasının ardınca qış fəslinin daha tez gəlməsi gözlənilən idi.
Qeyd edək ki, noyabrın 23-dən başlayaraq ölkə üzrə havanın temperaturu 10-15 dərəcə enib. Bəzi bölgələrdə qarın qalınlığı bir metri ötüb. Anidən dəyişən hava şəraiti səbəbindən bu həftənin əvvəlindən başlayaraq Türkiyənin bəzi vilayətlərindəki məktəblərdə tətil elan olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin