Sabah bəzi ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
15 Dekabr 2024
09:06 - 30 Noyabr 2024
Rusların işğalı altında olan torpaqlar qaytarılmadan atəşkəsə hazırıq, bir şərtlə ki, Ukraynanın qalan hissəsi NATO-nun "çətiri altında" olsun.
Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Skay Nyus"a müsahibəsində deyib.
Onun fikrincə, Ukraynanın işğal olunmamış hissələrinin NATO-ya üzvlüyü “müharibənin qaynar mərhələsinə” son qoya bilər, lakin bir şərtlə ki, NATO Ukraynanın 1991-ci il sərhədlərini tanımağa davam etsin.
“Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO çətiri altına almalıyıq, sonra isə işğal olunmuş əraziləri diplomatik yolla geri qaytara bilərik”, – Zelenski bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin