Mehriban Əliyevadan Ümummilli Liderin anım günü ilə əlaqədar PAYLAŞIM
12 Dekabr 2024
10:49 - 30 Noyabr 2024
Balaca Aytənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Manset.az-a onun anası Ülviyyə Yusifova məlumat verib.
O bildirib ki, övladının müalicəsi üçün dəstəyə ehtiyacı var:
"Qızım Qurbanova Aytən Şirin qızı, 9 yaşındadır və anadangəlmə bud çanağ oynağının hər iki tərəfli çıxığı xəstəsidir. Həyatımızın ən ağır sınaqlarından biri, Aytənin bu xəstəliyi ilə mübarizəsidir. İndiyə qədər 3 dəfə ağır əməliyyat keçirib və hər iki çanağına implant və mil qoyulub. Bütün bu əzablara baxmayaraq, o, güclü qalmağa çalışır, lakin hələ də axsayaraq yeriyir. Normal yeriməsi və uşaqlıq arzusuna çatması üçün davamlı reabilitasiya müalicəsinə ehtiyacı var. Reabilitasiyası Romatem Reabilitasiya Mərkəzində həyata keçirilir və 1 aylıq müalicəsi üçün 1200 manat tələb olunur.
Biz Bakı şəhəri, Hövsan kəndində kirayədə yaşayırıq. Evdə yalnız mən işləyirəm, şadlıq saraylarında qab yuyaraq ailəmizin ehtiyacını qarşılayıram. Amma bu, kifayət etmir; qızımın sağlamlığı üçün lazım olan müalicəyə imkanımız yoxdur. Hər gün onun acı çəkdiyini görmək, amma ona kömək edə bilməmək mənim üçün böyük bir əzabdır. Xahiş edirəm, mənim qızıma yardım edin. Onun həyatda bir dəfə də olsun gülərək yeridiyini, normal uşaqlıq yaşadığını görməsi üçün sizdən kömək istəyirəm. Hər bir dəstək bizim üçün böyük bir ümid işığı olacaq və Aytənə yeni bir həyat şansı verəcək. Sizin köməyiniz, bizim dünyamızı dəyişdirəcək".
Kapital bank : 4169 7388 1605 2538
Ülviyyə Yusifova : 0557625811
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin