Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
01:00 - 1 Dekabr 2024
Növbəti tədris ilində Qarabağ Universitetinə 1500 nəfərə qədər tələbə qəbulu planlaşdırılır. Universitetdə əsasən mövcud fakültələr üzrə yeni ixtisaslar yaradılacaq. Bundan başqa tibb fakültəsinin və təbiət fənləri üzrə fakültənin açılması da nəzərdə tutulur.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə jurnalistlərə açıqlamasında bildirib.
Nazir həmçinin bildirib ki, universitetin iki yeni korpusunun tikintisində ilkin işlər aparılır və növbəti ildən türkdilli dövlətlərdən və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdən tələbələrin Qarabağ Universitetində təhsil alması da planlaşdırılır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin