Bu gün 3 300-dən çox namizəd imtahan verdi

15:25 - 1 Dekabr 2024

Bu gün 3 300-dən çox namizəd imtahan verdi

1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.

 

Bu barədə Manset.az-a DİM-dən bildirilib.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3 338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.

Dekabrın 2-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

 


Xəbər xətti

25 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin