Daşaltı əməliyyatından 33 il ötür
26 Yanvar 2025
14:30 - 9 Dekabr 2024
Hakimliyə namizədlərin növbəti seçim prosesi ilə əlaqədar 350-dən çox hüquqşünas test imtahanında iştirak etmək üçün sənədlərini Komitəyə təqdim edib.
Bu barədə Manset.az-a Hakimlərin Seçki Komitəsindən məlumat verilib.
Bildirib ki, həmin namizədlərlə test imtahanı cari ilin dekabr ayının 15-də Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunacaq.
İmtahan Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 108 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.
Namizədlər “imtahana buraxılış vərəqəsi”ni dim.gov.az saytı vasitəsilə əldə edə bilərlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin