PSJ Fransa çempionatının 16-cı turunda "Monako" komandasına qalib gəlib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, görüş 4:2 hesabı ilə başa çatıb.
"Paris Saint-Germain" klubundan Dezire Due, Usman Dembele və Qonçalo Ramos qol vurublar, "Monako" komandasından isə Elis Ben-Seqir və Brel Embolo fərqlənib.
22-ci dəqiqədə "Monako"nun futbolçusu Canluici Donnarumma zədə alıb və məcburən əvəzlənib. Onun yerinə rusiyalı PSJ-nin qapıçısı Matvey Safonov meydana daxil olub.
PSJ 16 oyundan sonra 40 xala malikdir və Fransa çempionatının turnir cədvəlinə başçılıq edir. “Monako” 30 xalla üçüncü pillədə qərarlaşıb.