Slovakiyanın Baş naziri Robert Fitso cavab tədbiri olaraq Ukraynaya enerji nəqlini dayandırmağa hazır olduğunu açıqlayıb.
Manset.az xəbər verir ki, hökümət başçısı bu barədə sosial şəbəkə hesablarında paylaşdığı videomüraciətdə bildirib.
“Yanvarın 1-dən sonra vəziyyəti və Ukraynaya qarşı qarşılıqlı tədbirlər variantlarını dəyərləndirəcəyik. Əgər bu qaçılmaz olarsa, biz elektrik enerjisinin verilməsini dayandıracağıq”, - Baş nazir vurğulayıb.