Bakıda insident törədən idmançılar saxlanıldı

11:00 - 5 Yanvar 2025

Bakıda insident törədən idmançılar saxlanıldı

Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident  törətməsi barədə məlumatlar yayılıb. 

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar. 

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.


Xəbər xətti

20 Yanvar 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin