Azərbaycanda 59 yaşlı qadını avtomobil vurdu

09:02 - 26 Yanvar 2025

Azərbaycanda 59 yaşlı qadını avtomobil vurdu

Abşeron rayonunun Məmmədli kəndində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 1966-cı il təvəllüdlü İsmayılova Yeganə Hüseyin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

8 Fevral 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin