"Kitaba Azərbaycan gənclərindən başqa heç kəsin marağı yoxdu" - Şahbaz Xuduoğlu
14 Fevral 2025
11:57 - 1 Fevral 2025
Yevlax rayonunda nəvəsi qəzada öldüyü üçün intihar edən nənənin ölümünün təfərrüatı məlum olub.
Manset.az Baku TV-yə istinadən xəbər verir ki, bu barədə mərhumun qohumları danışıb.
Samir Məmmədovun sözlərinə görə, 64 yaşlı Lalaxanım Rzayeva həyatına son qoymazdan əvvəl nəvəsinin ölümünə dözə bilməyəcəyini deyib: “Sözün bitdiyi andır. Nəvəsi ilə nəfəs alırdı, bu dərdə dözmədi. “Nəvəmin ölümünü görə bilmərəm, görsəm, ürəyim partlayar” deyirdi. Sonra da dərman içərək canına qəsd etdi”.
Qeyd edək ki, 15 yaşlı Amin Rzayevi yanvarın 23-də məktəbdən qayıdarkən maşın vurub. Ağır vəziyyətdə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilən yeniyetmə komadan ayılmayıb və yanvarın 30-u dünyasını dəyişib. O, komada olan zaman nənəsi yanvarın 28-də sirkə içərək canına qəsd edib.
Daha ətraflı süjetdə:
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin