Fevralın 4-də Heydər Əliyev Sarayında Xalq artisti, görkəmli müğənni, bəstəkar, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunan “Qayıdış” adlı gecə keçirilib.
Manset.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsert proqramını dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimaiyyət nümayəndələri, Polad Bülbüloğlu musiqisinin pərəstişkarları izləyiblər.
Əvvəlcə gecənin aparıcısı Polad Bülbüloğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyünü bildirib, sərəncamın mətnini oxuyub.
Sonra Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy qonşu ölkənin dövlət başçısının, Baş nazir və bir sıra hökumət üzvlərinin qocaman sənətkara yubiley təbriklərini çatdırıb.
Daha sonra konsert proqramı təqdim olunub. Xalq artisti Polad Bülbüloğlu onilliklərdir musiqisevərlərin könlünü oxşayan əsərlərini, xalq mahnımızı ifa edib.
Gecədə həmçinin Azərbaycanın Xalq artistləri – Samir Cəfərov, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, Moskva Böyük Teatrının solistləri Yusif Eyvazov, Elçin Əzizov, Dinarə Əliyeva, Özbəkistanın və Azərbaycanın Xalq artisti Fərrux Zakirov, Əməkdar artist Nərgiz Kərimova öz ifaları ilə gecəyə rəng qatıblar.
Tanınmış pianoçular, Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adigözəlzadənin müşayiətində müğənninin ifa etdiyi “Ave Mariya” (Dinara Əliyeva ilə duet) və “Sevgili canan” romansı xüsusi alqış doğurub.
Azərbaycan Dövlət Rəqs Ansamblının (bədii rəhbər: Xalq artisti Rüfət Xəlilzadə) ifasında təqdim olunan “Uzundərə”, “Sarı gəlin” və başqa rəqslər maraqla qarşılanıb.
Konsertdə ifaçıları Murtuza Bülbülün dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.
Konsert proqramının baş baletmeysteri Əməkdar artist Eteri Cəfərova, rejissoru Cavid İmamverdiyevdir.
Yubilyar sənətkarın ifasında “Şən Azərbaycan” mahnısı ilə başlayan gecə bəstəkarın “Odlar yurdum mənim” nəğməsi ilə başa çatıb.
Tamaşaçılar Azərbaycan musiqi mədəniyyətini əbədiyaşar əsərlərlə zənginləşdirən bəstəkarın 80 illik ömür və yaradıcılıq hesabatının təqdim olunduğu gecədən unudulmaz təəssüratla ayrılıblar.
Polad Bülbüloğlunun 80 illiyinə həsr olunan təntənəli gecədən FOTOLAR
12:50 - 05 Fevral 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
07 Dekabr 2025 - 18:50
Türkiyəli məşhur aktrisa Bakıya gəldi - FOTO
07 Dekabr 2025 - 15:40
Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR
06 Dekabr 2025 - 22:57
Onun mahnısı bu ilin ən yaxşı hiti seçildi
06 Dekabr 2025 - 12:59
Türk Dünyasının Animasiya İrsi Bakıda nümayiş olunur
06 Dekabr 2025 - 12:12
"Boşluğa Xütbə" filminin premyerası olacaq
04 Dekabr 2025 - 23:24
Məşhur aktrisa Azərbaycan mahnısı paylaşdı - VİDEO
04 Dekabr 2025 - 17:25
Şəki teatrı “Dar ağacı” tamaşasını təqdim etdi - FOTOLAR
03 Dekabr 2025 - 10:01
Azərbaycan UNESCO-nun bu komitəsinə üzv seçildi
02 Dekabr 2025 - 21:35
""Vağzalı"ya qarşı etinadsızlıq yaranıb"
02 Dekabr 2025 - 15:29
"27 ildir bir roman üzərində işləyirəm" - Anar
02 Dekabr 2025 - 13:59
Beynəlxalq Əlillər Günü münasibətilə sərgi açıldı - “Sevgi palitrası”
02 Dekabr 2025 - 12:37
İncəsənət məktəblərinə müəllim qəbulu - Müddət uzadıldı
Xəbər xətti
- 07 Dekabr 2025
- 21:50 Bu tarixdə güclü maqnit qasırğası olacaq
- 21:34 Ukraynada 2 MİLYON insan ölüb
- 21:13 Biləsuvarda 4 otaqlı ev yanıb kül oldu
- 20:47 Emin Əmrullayevə "Fəxri doktor" adı verildi - FOTOLAR
- 20:33 öygöldə maşın aşdı - Ölən var
- 20:10 Volkan Demirel istefa verdi
- 19:53 BDU-nun dosenti vəfat etdi
- 19:29 "Apple"dan rekord SATIŞ
- 19:14 Gəncədə qadın əri tərəfindən bıçaqlandı
- 18:50 Türkiyəli məşhur aktrisa Bakıya gəldi - FOTO
- 18:31 İran XİN başçısı Azərbaycana səfərə yola DÜŞDÜ
- 18:13 Orban sabah Türkiyəyə gedəcək
- 17:52 Bu ölkə Fələstini tanımayacaq
- 17:31 Sabahın havası narahatlıq yarada bilər
- 17:17 Leyla və Arzu Əliyeva Dəkkədə uşaq evində - FOTOLAR
- 16:51 Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar
- 16:30 Premyer Liqa: "Şamaxı" səfərdə "Karvan-Yevlax"a böyük hesabla qalib gəldi
- 16:16 Rusiya Ukrayna su anbarına zərbə endirdi
- 16:00 Azərbaycanda da “Atalar məktəbi” açıldı - Fotolar
- 15:40 Xalq Çalğı Alətləri Orkestri Xaçmazda konsert verdi - FOTOLAR
- 15:31 Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı
- 15:17 Günəşdə iki güclü partlayış baş verdi
- 15:00 Arda Gülərin pərəstişkarlarına ŞAD XƏBƏR - Böyük ŞANS
- 14:43 Həkimlər evə yolladı, süni intellektdən soruşdu - Dərhal xəstəxanaya qaçdı
- 14:30 "Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
- 14:15 Gəncədə ağır yol qəzası - Yaralılar var
- 13:53 Faciəvi şəkildə ölən qardaşlar - FOTO
- 13:39 Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Məhəmməd Yunusla görüşüblər - FOTO
- 13:30 İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib - FOTO
- 13:15 Azərbaycanda bu əraziyə qar yağdı
- 13:05 1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
- 12:45 "Xalqlarımızı sülhə hazırlamalıyıq" - Hikmət Hacıyev
- 12:35 Sabah bu ərazilərə qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ
- 12:30 “Boşluğa xütbə”-nin Bakı premyerası böyük maraqla qarşılandı - FOTOLAR
- 12:15 Restoranlarda yeni soyğun üsulu - "Bizdə qayda belədir”
- 12:00 Yaponiya Çinə etiraz etdi
- 11:45 Dəhşətli qəzada ölənlərin ikisi qardaşdır - ADLAR
- 11:25 Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
- 11:05 Keçmiş baş nazirlə sevgili olduğunu elan etdi - FOTO
- 10:50 Bıçaqla insanlara hücum etdi - Avtovağzalda dəhşət
- 10:30 Yolkaya bu oyuncaqları asmaq olmaz - SƏBƏB
- 10:05 Hikmət Hacıyev Körfəz Əməkdaşlıq Şurasının rəhbəri ilə görüşüb
- 09:55 "Lexus" kanala aşdı - 5 nəfər öldü
- 09:40 23 nəfər diri-diri yanaraq öldü - Hindistanda FACİƏ
- 09:20 İranın xarici işlər naziri Azərbaycana səfər edəcək
- 09:15 Miqren ağrılarını yüngülləşdirə biləcək üsullar AÇIQLANDI
- 09:00 Messi karyerasında 48-ci kubokunu qazandı
- 08:30 Mədə ağrınız varsa, bunları edin
- 08:00 Niyə pəncərə kənarında yatmaq zərərlidir?
- 07:30 Bu hərəkətlər ömrü uzadır
- 01:30 Gərginsinizsə, bu vitamininiz çatışmır