"Real" "Leqanes"i məğlub etdi

13:12 - 6 Fevral 2025

"Real" İspaniya kubokunun 1/4 finalında 3:2 hesabı ilə "Leqanes"i məğlub edib. Oyun Leqanesdəki “Munisipal de Butarke” stadionunda baş tutub.

 

Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Birinci hissənin ortalarında madridlilər 2:0 qabaqda olub. Qolları Luka Modriç və Endrik vurub. Fasiləyə qədər meydan sahibləri bir qol vurub - Xuan Kruz penaltini qola çevirib.

İkinci hissənin əvvəlində Kruz dubla imza ataraq hesabı bərabərləşdirib. Ən sonda, əlavə olunan 3-cü dəqiqədə Real Madridin məzunu 20 yaşlı Qonzalo Qarsiya qələbə qolunu vurub.

“Real”ın Kral Kubokunun yarımfinaldakı rəqibi püşkatmanın nəticələrinə əsasən müəyyənləşəcək.


Xəbər xətti

16 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin