Bir sıra QHT-lərlə bağlı cinayət işi başlandı - Həbslər var
16 Mart 2025
18:50 - 6 Fevral 2025
“Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus Evi”) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır”.
Manset.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
Diplomat təsdiqləyib ki, Rusiya hakimiyyəti qurumun fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycandan nota alıb.
“Buna cavab olaraq Rusiya tərəfi “Rus Evi”nin qeydiyyatının başa çatdırılması və bunu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq etmək üçün lazımi tədbirlər görməyə hazır olduğunu bildirib”, - o qeyd edib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin