Mövqelərimiz atəşə tutuldu
17 Mart 2025
23:30 - 6 Fevral 2025
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Rusiyaya qarşı cavab tədbiri olaraq bir rus diplomatın akkreditasiyasını ləğv edib.
Manset.az xəbər verir ki, bu addım ötən il Moskvadan bir britaniyalı diplomatın qovulmasına cavab olaraq atılıb.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Rusiyanın Böyük Britaniyadakı səfiri yüksəksəviyyəli britaniyalı rəsmilərlə görüşə çağırılıb və diplomatın akkreditasiyasının ləğvi barədə məlumatlandırılıb.
“Bu, Rusiyanın keçən ilin noyabrında britaniyalı diplomatın akkreditasiyasını əsassız və təxribat xarakterli şəkildə ləğv etməsinə cavabdır. Böyük Britaniya öz diplomatlarına qarşı bu cür təzyiqləri qəbul etməyəcək və buna uyğun olaraq qarşılıqlı tədbirlər görəcək. Əgər Rusiya bundan sonra əlavə addımlar atarsa, bu, eskalasiya kimi qiymətləndiriləcək və müvafiq cavab veriləcək”, - deyə açıqlamada qeyd olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin