Bu ixtisaslarda ballar arta bilər - Abituriyentlərin diqqətinə

22:45 - 22 Fevral 2025

Bu ixtisaslarda ballar arta bilər - Abituriyentlərin diqqətinə

"Bu il prestijli ixtisaslarda ballar arta bilər"

 

Manset.az XəzərXəbərə istinadən xəbər verir ki, bunu açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib. Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik gözlənilməsə də, ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirrib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin