Ucarda avtomobillə traktor toqquşdu - Xəsarət alan var

19:57 - 8 Mart 2025

Ucarda avtomobillə traktor toqquşdu - Xəsarət alan var

Ucarda qəza olub, xəsarət alan var.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində baş verib.

Qarabörk kənd sakini İsrayıl Mikayıl oğlu Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə həmkəndlisi, Mürşüd Mirzə oğlu Orucovun idarə etdiyi traktor toqquşub. Nəticədə ağır xəsarətlərlə kişi cinsli bir nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Fakt araşdırılır.


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin