Ağstafada dönərdən kütləvi zəhərlənmə

22:24 - 13 Mart 2025

Ağstafada dönərdən kütləvi zəhərlənmə

Ağstafada dönərdən kütləvi zəhərlənmə baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə Ağstafa şəhərinin mərkəzində yerləşən dönərxanaların birində qeydə alınıb.

İlkin məlumata görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Zəhərlənən şəxslər rayon sakinləri 2021-cü il Ö.Abbasov, 2006-cı il təvəllüdlü N.Abbasova, 1997-ci il təvəllüdlü M.Məmmədli, 2023-ci il təvəllüdlü Z.Məmmədli, 1971-ci il təvəllüdlü M.Rəhimova, 2018-ci il təvəllüdlü H.Sadıqzadə,2015-ci il təvəllüdlü G.Sadıqzadə, 2013-cü il təvəllüdlü F.Yolçiyeva və 1944-cü il təvəllüdlü H.Rəhimovadır.

Hazırda zəhərlənən şəxslərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

22 Mart 2025

Ən son xəbərləri səhifəmizdən də izləyin