Martın 14-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.
Manset.az xəbər verir ki, tədbirdə bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak edirlər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar edilmiş eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək iştirakçıları salamlayıb. Bildirib ki, konfransın məqsədi mədəni irsin ən qədim nümunələrinin qorunması, təbliği, tədqiqi və tanıdılması üçün yeni ideyaların və həll yollarının müzakirə edilməsidir. Eyni zamanda tədbir vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq da qarşıya məqsəd qoyulub.
Nazir bildirib ki, Azərbaycanın zəngin mədəni irsinin ən qiymətli elementini ölkəmizdə yerləşən tarixəqədərki insan məskənləri təşkil edir. Belə ki, ibtidai insanların yaşadıqları çoxsaylı qədim məskənlər, xüsusilə də Azıx, Tağlar və Damcılı kimi mağara düşərgələri, həmçinin Qobustan qayaüstü rəsmləri bəşər sivilizasiyasının inkişaf mərhələlərinin öyrənilməsində mühüm rol oynayır. Bu abidələr sivilizasiya və mədəniyyətin beşiyi hesab edilməklə yanaşı, insanların fiziki və mənəvi inkişaf mərhələlərinin, kamilləşmə yolunun, əmək vərdişləri və yaşam tərzlərinin, həmçinin onların miqrasiya yollarının tədqiqi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Qədim insan məskənləri həm də xalqların mədəni irslərinin ilk rüşeymlərinin formalaşdığı və çiçəkləndiyi məkanlar kimi tarix, arxeologiya və etnoqrafiya ilə yanaşı, kulturologiya sahəsində də elmi təqdiqatlar üçün qiymətli mənbələrdir.
Adil Kərimli deyib ki, Mədəniyyət Nazirliyi bu cür tarixi-mədəni abidələrdə birgə elmi ekspedisiyaların aparılması, nəticələrin beynəlxalq səviyyədə müzakirəsi və daha da vacibi tədqiqat nəticələrinin həm elmi, həm də kütləvi mənbələrdə dərc olunaraq geniş ictimaiyyət arasında təbliğinə, gələcək nəsillərə çatdırılmasına töhfə verməyə hazırdır: "Eyni zamanda bu istiqamətdə beynəlxalq tərəfdaşlarla, aparıcı xarici elmi dairələrlə işləməkdə maraqlıyıq.
Bu da təsadüfi deyil, çünki cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən milli mədəniyyət siyasəti qayəsində ölkə ərazisində yerləşən bütün mədəni irsimiz, o cümlədən tarixi və mədəni abidələr etnik və dini mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən mühafizə, bərpa və təbliğ edilməsi dayanır. Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi Multikultralizm Azərbaycan xalqının həyat tərzidir.
Qeyd olunanları nəzərə alaraq, konfransın gedişatında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsini təklif edirəm. Bu sahədə həyata keçirəcəyimiz çoxsəviyyəli beynəlxalq mübadilə proqramları yalnız dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində olmamalı, həm də elmi institutlar, universitetlər, beyin mərkəzləri, muzeylər, hətta QHT-lər arasında da həyata keçirilməlidir".
Qədim insan məskələnlərinin milli və beynəlxalq səviyyədə mühafizə məsələsinə toxunan deyib ki, bu cür abidələrin həm universal səviyyədə (UNESCO çərçivəsində), həm də regional səviyyədə (ICESCO) mövcud irs siyahılarına salınması onların beynəlxalq tanınması ilə yanaşı, daha effektiv qorunması və saxlanması imkanları yaradır.
Lakin bununla belə, müasir dövrün çağırışları – xüsusilə də antropogen müdaxilələr, silahlı münaqişələr, post-münaqişə ərazilərində basdırılmış minalar və təbii hadisələr fonunda mövcud mexanizmlərin səmərələliyinin artırılması məsələsi gündəmə gəlir:
"Doğrudur, beynəlxalq hüquq silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Konvensiyası və onun iki əlavə protokolu maddi mədəni irsin (daşınar və daşınmaz) müharibələr zamanı toxunulmazlığının təmin edilməsini, o cümlədən qanunsuz arxeoloji qazıntıların qadağan edilməsini beynəlxalq öhdəlik kimi müəyyən edir. Lakin təcrübədə, təəssüflər olsun ki, bu normaların işlək olması sual doğurur.
Hərbi təcavüz və torpaqlarının bir hissəsinin 30 ilə yaxın işğal altında qalmış bir dövlət olaraq, biz bu acı həqiqəti öz təcrübəmizdə yaşamışıq. İşğalçı qüvvələr tərəfindən tarixi abidələr dağıdılmaq və xalqımıza məxsus zəngin və qədim eksponatlar talanmaqla yanaşı, dünyanın ən qədim insan məskənlərindən olan Azığ mağarasında qanunsuz arxeoloji ekspedisiyaların aparılması da müşahidə edilmişdir.
Bu xüsusda, düşünürəm ki, ikinci panel sessiya zamanı müzakirələr çərçivəsində həm də beynəlxalq təşkilatların mövcud mexanizmlərinin təkmilləşdirilməsi və monitorinq imkanların genişləndirilməsi yollarına da toxunulmalıdır. 2023-cü ilin sonunda UNESCO tərəfindən 1954-cü il Konvensiyasının II Əlavə Protokolunda əks olunan Monitorinq Mexanizmlərinin çərçivəsinin təsdiq edilməsi çox mütərəqqi addım idi. Bu mexanizm, yalnız münaqişə dövrü və postmünaqişə dövrünə deyil, həm də sülh dövründə effektiv olmalıdır. Həmçinin bu mexanizm dövlətlər tərəfindən eksterritorial mədəni irslərinin mühafizəsi ilə bağlı çağırışların cavablandırılmasında istifadəsi vacibdir".
Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Açılış mərasimində sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, TÜRKSOY-un baş katibi Sultan Raev, UNESCO-nun mədəniyyət və fövqəladə hallar üzrə direktoru Krista Pikkat və İslam Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S. Xan çıxış edib, tədbirin əhəmiyyətini vurğulayıblar.
Daha sonra konfrans öz işini “Qədim insan məskənləri: mədəni irs bəşəriyyətinin beşiyi kimi”, “Dəyişən iqlim və silahlı münaqişə şəraitində qədim insan məskənləri”, “Azərbaycanın qədim insan məskənləri dünya irsinin bir hissəsi kimi” mövzuları üzrə panel iclaslarla davam etdirib.
Qeyd edək ki, martın 16-da başa çatacaq beynəlxalq elmi-praktiki konfrans Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Şuşa və Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəlikləri və AMEA-nın tərəfdaşlığı ilə gerçəkləşir.
Bakıda beynəlxalq elmi konfrans keçirilir - FOTOLAR
15:57 - 14 Mart 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
12 İyun 2026 - 15:25
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
12 İyun 2026 - 16:00
Qəbələdəki zəlzələ ilə bağlı icra başçısından AÇIQLAMA
12 İyun 2026 - 16:14
Güclü zəlzələ ilə bağlı ilk RƏSMİ AÇIQLAMA - Dağıntılar var?
12 İyun 2026 - 10:28
SON DƏQİQƏ! İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs edildi
12 İyun 2026 - 11:49
Türkiyə millisinin dünya çempionatında ilk oyunu bu tarixdə olacaq
12 İyun 2026 - 15:19
Azərbaycanda zəlzələ oldu
12 İyun 2026 - 15:34
4 xəstəxanada yoxlama aparılır - RƏSMİ
12 İyun 2026 - 14:15
Həmin şagird hoteldə ölübmüş
12 İyun 2026 - 18:11
Azərbaycanda "Facebook", "İnstagram" və "WhatsApp Web" çökdü - YENİLƏNİB
12 İyun 2026 - 16:33
Masallı Rayon İcra Hakimiyyəti açıqlama yaydı
12 İyun 2026 - 18:31
Aeroportların idarə edilməsi qaydası təsdiqləndi - Prezidentdən FƏRMAN
12 İyun 2026 - 12:40
Bu ərazilərdə pensiyalar ödənildi
Xəbər xətti
- 13 İyun 2026
- 01:30 Siqaret beyinə ciddi zərər verir
- 00:59 Kanada - Bosniya və Herseqovina matçında qalib müəyyənləşmədi - YENİLƏNİB
- 00:30 "Sabah" braziliyalı oyunçu transfer etdi
- 12 İyun 2026
- 23:51 "Zərkənd əmanətimizdir” kitabının təqdimatı keçirildi - FOTOLAR
- 23:33 Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 54-cü buraxılış mərasimindən - FOTO/VİDEO
- 23:18 Gəncədə 34 yaşlı kişinin meyiti tapıldı
- 23:00 Əlverişsiz hava Daşkəsəndə bir sıra fəsadlar törətdi
- 22:46 23 vətəndaşımız Suriyadan repatriasiya olundu
- 22:23 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya qayıtdı - SƏBƏB
- 22:14 “Fransa mediasının Azərbaycana qarşı qarayaxma kampaniyasını pisləyirik” - MEDİA
- 21:52 ADY yay mövsümündə sərnişindaşıma xidmətini intensivləşdirir
- 21:44 "Rusiya Ukraynaya qarşı cavab zərbələrini artıracaq" - Putin
- 21:29 Fuat Oktay İlham Əliyevi təbrik etdi
- 21:12 "Bu, münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır" - Deputat
- 20:51 “Sülh sazişinin yekun mətni əldə olunub” - Şahbaz Şərif
- 20:31 Sarayda küçə itləri yeniyetməyə hücum etdi
- 20:15 Ağdamda avtomobil çaya aşdı - VİDEO
- 19:52 Məşhur Olimpiya çempionumuz ailə qurur - Sabah toyudur
- 19:43 Kürdəmirdə 28 yaşlı oğlan kanalda boğuldu
- 19:29 Netanyahu İlham Əliyevi təbrik etdi
- 19:16 Rüfət Səfərova hökm oxundu
- 18:52 Bəzi rayonlara dolu düşüb - Faktiki hava
- 18:31 Aeroportların idarə edilməsi qaydası təsdiqləndi - Prezidentdən FƏRMAN
- 18:27 Qabiliyyət imtahanlarına hazırlaşanların NƏZƏRİNƏ
- 18:11 Azərbaycanda "Facebook", "İnstagram" və "WhatsApp Web" çökdü - YENİLƏNİB
- 17:55 Balakəndə 10 tona yaxın çətənə kolu məhv edildi
- 17:46 "30 ildir buna görə mübarizə aparıram" - Netanyahu
- 17:34 Şəlalədə çimən 32 yaşlı şəxsin meyiti tapıldı
- 17:29 İran Trampın açıqlamasını yalanladı
- 17:23 Ariana Grande Ağ Evi məhkəməyə verdi
- 17:15 Ombudsman nümayəndəsi əlillərin hüquqları ilə bağlı tədbirdə iştirak edib
- 16:57 Pentaqonda təhlükə siqnalı - Bina təxliyə olundu
- 16:45 Hücuma məruz qalan jurnalist dünyasını dəyişdi
- 16:33 Masallı Rayon İcra Hakimiyyəti açıqlama yaydı
- 16:28 Havaya qalxan təyyarə təcili eniş etdi
- 16:14 Güclü zəlzələ ilə bağlı ilk RƏSMİ AÇIQLAMA - Dağıntılar var?
- 16:12 Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
- 16:10 Almaniyada uçuşlar dayandırıldı
- 16:03 Bakı Limanında quru yük aşırılması 77% artıb
- 16:00 Qəbələdəki zəlzələ ilə bağlı icra başçısından AÇIQLAMA
- 15:58 Milli Qurtuluşdan Zəfərə - Müstəqil Azərbaycanın yüksəliş yolu
- 15:47 NATO bu ölkədəki əsgərlərini azaldır
- 15:34 4 xəstəxanada yoxlama aparılır - RƏSMİ
- 15:25 "Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
- 15:23 Qəza baş verdi - 8 xarici vətəndaş öldü
- 15:19 Azərbaycanda zəlzələ oldu
- 15:02 Azərbaycanda aqrar sektorun inkişafı yolları müzakirə olunur - Regional görüşlər başladı
- 15:01 69 yaşlı qadın evində ölü tapıldı: Masallıda dəhşətli QƏTL
- 14:46 “City Garden Narimanov”da hazır və tikintisi davam edən mənzillər satışda
- 14:35 Azərbaycanda uşaqlar üçün sosial şəbəkə qaydaları dəyişir
- 14:16 Bu barədə yalan məlumat verənlər cərimələnəcək