Türkiyənin Ədirnə şəhərində şagirdləri daşıyan servis avtobusu qəzaya düşüb.
Manset.az Turkiye Gazetesi-nə istinadən xəbər verir ki, qəza nəticəsində 26 şagird və sürücü xəsarət alıb.
Qəza yerinə çox sayda təcili yardım, polis və jandarma qrupları cəlb edilib.
Yaralı şəxslər Keşan Dövlət Xəstəxanasına aparılıb.