Mikroavtobus qayaya çırpıldı - Ölən var

13:30 - 02 Aprel 2025

Mikroavtobus qayaya çırpıldı - Ölən var

Ərzurumda fabrikə məxsus mikroavtobusun yamaca çırpılması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Manset.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb. 

Oltu rayonu Başbağlar məhəlləsi yaxınlığında idarəetməni itirərək xidmət mikroavtobusu əvvəlcə yol kənarındakı su kanalına düşüb, sonra isə yamaca çırpılaraq dayanıb.

Qəza nəticəsində avtomobildə olan Doğan Özkan ölüb, 16 nəfər yaralanıb. Yaralılar təcili yardım maşınları ilə Oltu və Tortumdakı xəstəxanalara aparılıb.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv