“Ötən gecə Rusiya ordusunun Krivoy Roq şəhərinə təşkil etdiyi dron hücumları zamanı ölənlərin sayı 19-a çatıb”.
Manset.az UNİAN-a istinadən xəbər verir ki, bunu Vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısyak deyib.
Onun sözlərinə görə, ölənlərdən 9-u azyaşlıdır. Ümumilikdə isə hücumlar zamanı 68 mülki şəxs yaralanıb ki, onlardan 40-nın hazırda xəstəxana şəraitində müalicəsi aparılır.
Krivoy Roq sakinləri isə ölən uşaqların xatirəsinə ərazidəki oyun meydançasına gül-çiçək və oyuncaqlar gətirirlər.