İsrail ordusunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 57 nəfər artaraq 50 752-yə çatıb.
Manset.az xəbər verir ki, bu barədə ölkənin Səhiyy nazirliyi məlumat yayıb.
Xəstəxanalarda son 24 saat ərzində 57 nəfərin öldüyü, 137 nəfərin yaralandığı qeyd edilib.
Yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun 18 martdan bu yana həyata keçirdiyi hücumlarda 1391 fələstinlinin həyatını itirdiyi, 3434 fələstinlinin isə yaralandığı qeyd edilib.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 50 min 752, yaralı sayının isə 115 min 475-ə çatdığı vurğulanıb.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də çatıla bilməyən çoxlu cəsədin olduğu, İsrail qüvvələrinin təcili yardım və mülki müdafiə qruplarının cəsədlərə çatmasına mane olduğu da bildirilib.