Aprelin 4-də Azərbaycan Dillər
Universitetinin rektoru, akademik Kamal Abdulla Balakən rayon ziyalıları ilə
görüşüb. Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış
edib.
Manset.az xəbər verir ki, görüşün məqsədi
Prezident İlham Əliyev Sərəncamı ilə elan olunan “Konstitusiya və
suverenlik ili” çərçivəsində silsilə tədbirlərlə bağlıdır.
Görüşdə Balakən rayon ziyalıları ilə
səmimi söhbət edən rektor Konstitusiya və suverenliklı bağlı çıxış edib.
Qeyd olunub ki, Prezident İlham
Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə
“Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin
öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin
böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında
özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox
prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana
çıxarmaq baxımından əvəzsiz rol oynayır.
Görüş Balakən rayon ziyalılarının sualları ilə davam edib.