“Əməkdar elm xadimi, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də Azərbaycan xalqı tərəfindən sonsuz hörmət və ehtiramla anılır. Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub.“
Bu fikirləri görkəmli alim-oftalmoloq Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar Manset.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, bildirib ki, 1967-ci ildən Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasında fəaliyyətini davam etdirən Zərifə xanım Əliyeva burada dosent, professor, kafedra müdiri vəzifələrinədək yüksəlib, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb. “Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Həmin dövrdə Zərifə xanımın diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – gözün peşə patologiyası cəlb edir. Zərifə Əliyeva bu sahənin ilk tədqiqatçısı olur. Dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasını yaradan Zərifə xanım elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyur. Bakı məişət kondisionerləri zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, iri sənaye müəssisələrinin işçilərinin müalicəsi də aparılırdı. Zərifə xanım Əliyeva müvafiq araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1977-ci ildə Zərifə xanıma tibb elmləri doktoru alimlik dərəcəsi verildi.”
K.Qafarov bildirib ki, Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti oftalmologiyanın inkişafına misilsiz töhfələr verib: “Təsadüfi deyil ki, Zərifə xanım Əliyevanın əziz xatirəsi respublikamızda olduğu kimi, Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda da səhiyyə, elm sahəsində çalışan minlərlə insanın qəlbində yaşamaqdadır. Bu, ilk növbədə, Zərifə xanımın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları ilə bağlıdır. Məlumdur ki, görkəmli alim tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusilə vurğulamaq lazımdır ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.”
K.Qafarov görkəmli akademikimizin milli tibb kadrlarının yetişmələrində əhəmiyyətli rolunu xüsusi vurğulayıb: “Zərifə xanım Əliyevanın elmi fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri də görkəmli alimin gənc həkimlərin yetişməsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etməsidir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Akademik Zərifə xanım Əliyevanın yetişdirdiyi həkimlər bu gün Azərbaycan səhiyyəsinin inkişafına misilsiz töhfələr verir, minlərlə insana sağlamlıq bəxş edirlər”.
"Zərifə xanım Əliyevanın xatirəsi qəlbimizdə daim yaşayır"- Kəmaləddin Qafarov
10:43 - 15 Aprel 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
06 Mart 2026 - 14:13
Pezeşkianın Əliyevə zəng etməsinə kim imkan vermir?
06 Mart 2026 - 13:41
SON DƏQİQƏ! Nazir Prezidentin İranla bağlı qərarını açıqladı
06 Mart 2026 - 16:21
Azərbaycanın tanınmış polkovniki vəfat etdi - FOTO
06 Mart 2026 - 09:40
Güney Azərbaycan məsələsində TARİXİ FÜRSƏT
06 Mart 2026 - 16:34
Pezeşkiandan İLK AÇIQLAMA
06 Mart 2026 - 18:27
Hazırda 20 yolda tıxac var - SİYAHI
06 Mart 2026 - 18:58
Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ
06 Mart 2026 - 22:28
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
06 Mart 2026 - 09:49
1 nömrəli səfərbərlik nədir? - AÇIQLANDI
06 Mart 2026 - 12:58
Nostradamusdan ABŞ-İran müharibəsi ilə bağlı ŞOK PROQNOZ
06 Mart 2026 - 21:36
Bayram və istirahət günlərində hava necə olacaq?
06 Mart 2026 - 22:56
Azərbaycanın 2 diplomatı İrandan təxliyə edildi
Xəbər xətti
- 07 Mart 2026
- 01:30 Ani olaraq adları unudursunuz? - Şəxsiyyətin 9 gizli xüsusiyyəti
- 01:00 Putin Pezeşkianla bölgədəki vəziyyəti müzakirə etdi
- 00:40 Azərbaycanın Tehrandakı Səfirliyinin 9 əməkdaşı təxliyə olunub - YENİLƏNİB
- 00:30 "İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyirik" - Slovakiya Prezidenti
- 00:09 İranın Azərbaycandakı səfiri Naxçıvana hücumla bağlı "Baku TV"yə müsahibə verib - VİDEO
- 06 Mart 2026
- 23:51 Jelka Tsviyanoviç İlham Əliyevə məktub ünvanladı
- 23:27 Leyla Əliyeva şəhid ailələri ilə birlikdə iftar süfrəsində - FOTOLAR
- 23:14 Masallıda tüfənglə insident törədən şəxs saxlanıldı
- 22:56 Azərbaycanın 2 diplomatı İrandan təxliyə edildi
- 22:41 On yeddinci günün duası - İmsak və iftar vaxtı
- 22:28 Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
- 22:14 Livanda İsrailin aviazərbələri nəticəsində 217 nəfər öldü
- 21:56 İlham Əliyev Andrey Babişə minnətdarlığını bildirdi
- 21:48 MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara XƏBƏRDARLIQ
- 21:42 SEPAH Bakıda bu strateji obyektləri partlatmaq istəyirmiş: DTX ifşa etdi - VİDEO
- 21:36 Bayram və istirahət günlərində hava necə olacaq?
- 21:27 Andrey Babiş Naxçıvana hücumla bağlı Prezidentə məktub göndərdi
- 21:16 "İranla müharibə daha bir neçə həftə davam edəcək"
- 20:54 "Kuba tezliklə çökəcək" - Tramp
- 20:47 İlham Əliyev Serbiya Prezidenti ilə telefonla danışdı
- 20:42 Əli Əsədov belaruslu həmkarı ilə İranın hücumunu müzakirə etdi
- 20:31 Tənzilə Rüstəmxanlı fotoşopla yaşını azaltdı - FOTO
- 20:26 Sudanın xarici işlər naziri Ceyhun Bayramova zəng etdi
- 20:12 3200 abonent qazsız qaldı
- 19:59 Monteneqronun XİN başçısı İranın hücumunu qınadı
- 19:51 Kubanın şərqində güclü zəlzələ oldu
- 19:33 Gəncədə “Chevrolet” yük maşını ilə toqquşdu: Yaralı var - FOTO
- 19:14 Antoniu Koşta ilk dəfə Azərbaycana gələcək
- 18:58 Bakı-İğdır-Bakı marşrutu üzrə növbəti reyslərin CƏDVƏLİ
- 18:44 “Avroviziya 2026”da Azərbaycanı o təmsil edəcək
- 18:36 Tramp İrandan qeyd-şərtsiz kapitulyasiya tələb etdi
- 18:27 Hazırda 20 yolda tıxac var - SİYAHI
- 18:19 İrana giriş-çıxışı dayandırılan yük avtomobillərinin buraxılışına başlanıldı
- 18:04 Prezident Azərbaycan qadınlarını təbrik etdi
- 17:59 ADU-da Qadınlar Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
- 17:54 Hörmüz Boğazından 24 saatda 2 gəmi keçdi
- 17:53 Prezident Edi Ramaya təşəkkür etdi
- 17:51 Azərbaycan dron hücumu ilə bağlı ICAO-ya müraciət etdi
- 17:42 Məşhur ulduzun aqibəti sabah bilinəcək
- 17:40 Qadın müəllimlərin təhsildə rolu - Nazir təqaüdçü pedaqoqlarla görüşdü
- 17:38 Ordu ilə bağlı dezinformasiya yayanlara XƏBƏRDARLIQ EDİLDİ
- 17:35 "Bağırov" körpüsündə yük maşından YOLA DAĞILDI - ANBAAN VİDEO
- 17:31 “İrandan gələn hücuma aydınlıq gətirilməsi bizim əsas gözləntimizdir” - Binəli Yıldırım
- 17:13 Məktəblilər arasında yallı festivalı keçiriləcək
- 17:11 Sabah türk dövlətlərinin görüşü baş tutacaq
- 17:05 Bakıda gənc qız itkin düşdü
- 16:57 “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş keçirildi
- 16:46 Azərbaycan yanında olan ölkə və təşkilatlara təşəkkür etdi
- 16:37 Baş nazir Əli Əsədov parlamentə GƏLİR
- 16:34 Pezeşkiandan İLK AÇIQLAMA
- 16:21 Azərbaycanın tanınmış polkovniki vəfat etdi - FOTO