Fərdi
yanaşması, yüksək xidmət standartları və müştəri məmnuniyyətinə verdiyi dəyərlə
seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor” tərəfindən
2025-ci il üzrə “Best Private Banking Azerbaijan” mükafatına layiq görülüb. Bu
mükafat, həm də Birbank Private-in müştərilərinə göstərdiyi üstün və unikal
xidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. Böyük Britaniyada nəşr
olunan “International Investor” beynəlxalq investisiya və maliyyə sahəsində
innovasiya, liderlik və performans üzrə dünyanın aparıcı şirkətlərinin yer
aldığı jurnallardan biridir.
Fərdi
yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının
idarə edilməsi, hər növ maliyyə məsələləri üzrə peşəkar məsləhət, individual
bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdim edir. İstənilən
maliyyə ehtiyacını qarşılayan xüsusi kredit təklifləri, fərdi faiz şərtləri ilə
təqdim olunan kreditlər müştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaət
fürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada
“Birbank Premium” kartlarına sahib ola bilərlər.
Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz
sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş
sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima
yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin
alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və
seçilmiş tədbirlərə eksklüziv giriş imkanı da təqdim olunur.
Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur.
Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli
əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun
şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada
sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür.
Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan
etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2 ünvanında yerləşən yeni filialının açılışını
edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan
17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri
göstərir.