“Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu mühüm və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlə dirçələn Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, vurğulayıb ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin öz çıxışlarında səsləndirdikləri fikirlər də bu üç qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu. “Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq. Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir.”
K.Qafarov daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyev Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu və Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazır olduğunu bəyan etməklə iqtisadi əlaqələrin genişləndirilməsi zərurətini, eləcə də bunun üçün böyük imkanlar olduğunu diqqətə çatdırdı. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın ölkələrimiz arasında tərəfdaşlığın önəmli istiqamətlərindən biri olduğu qeyd edildi. Əlbəttə birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu çox mühüm bir amildir. Çünki Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı kifayət qədər böyük bir coğrafiyada sülhün və sabitliyin qorunmasını təmin edir”.
“Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir”
11:25 - 31 May 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Liderlər naharda

İlham Əliyev Berdiməhəmmədovla “Sea Breeze”də - FOTOLAR

SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı ilə bağlı FƏRMAN

Prezident bu qanunlara dəyişikliyi təsdiqlədi

Azərbaycanın xarici siyasət zəfəri - Yeni Kaledoniya yolunda azadlıq

İlham Əliyevdən mühüm FƏRMAN

"Azərbaycanın ərazi bütövlüyünü tez tanımalı idim" - Paşinyandan ETİRAF

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda

İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü

Qurbanqulu Berdiməhəmmədov Azərbaycana gəldi

Azərbaycanla Çin arasında viza ləğv edildi
Xəbər xətti
- 17 İyul 2025
- 01:30 "Zirə" Türkiyə klubuna qalib gəldi
- 00:30 Kanalda batan Dəniz respublika çempionu imiş... - FOTO
- 16 İyul 2025
- 23:52 Leyla Əliyeva fotosərginin açılışında - FOTOLAR
- 23:42 Bu rayonlarda qaz olmayacaq - XƏBƏRDARLIQ
- 23:22 Azərbaycanlı döyüşçü Rusiya vətəndaşlığından məhrum edildi
- 22:48 "İsrail qeyri-sabitlik yaradan siyasətlərdən əl çəkməlidir"
- 22:27 Liderlər naharda
- 21:54 “Vaqif Poeziya Günləri” Ağdamda
- 21:41 Laçında meşədə YANĞIN
- 21:23 İlqar İsmayılov azadlığa buraxıldı
- 20:43 İlham Əliyev Berdiməhəmmədovla “Sea Breeze”də - FOTOLAR
- 20:14 Şahin Şıxlinskinin oğlu barədə HƏBS QƏRARI
- 20:08 Azərbaycanda əlilliyi olan şəxslərin SAYI
- 19:42 Leyla Əliyeva həmin görüşdən fotolar paylaşdı
- 19:22 "Söküntü işlərinin aparılmasından məlumatımız yoxdur" - İH-dən AÇIQLAMA - YENİLƏNİB
- 18:47 Gənc oğlan kanalda boğuldu - Ağdaşda faciə
- 18:36 Hazırda 16 istiqamətdə tıxac var - SİYAHI
- 18:23 Azərbaycanlı reper həbs olundu
- 18:19 Zaur Həsənov yüksək vəzifəyə təyin edildi - FOTO
- 18:08 İsrail ordusu Dəməşqə güclü zərbələr endirdi - VİDEO
- 17:55 Azərbaycanda uşaq bağçası yandı
- 17:45 Ukraynada hökumət istefaya göndərildi
- 17:38 Sahilyanı əraziləri zibilliyən 20 nəfər cərimələndi
- 17:30 Yasamalda qadın güllələndi - Əri saxlanıldı
- 17:17 10 illik dövr başa çatdı - "Real"dan getdi
- 16:49 SSRİ dövründə ayrılmış torpaq sahələrinin qeydiyyatı ilə bağlı FƏRMAN
- 16:47 Bakıda bu yolda hərəkətin təşkili dəyişdi
- 16:31 Prezident bu qanunlara dəyişikliyi təsdiqlədi
- 16:20 Azərbaycanın xarici siyasət zəfəri - Yeni Kaledoniya yolunda azadlıq
- 16:19 İlham Əliyevdən mühüm FƏRMAN
- 16:11 Həftəsonu hava necə olacaq?
- 15:34 "Azərbaycanın ərazi bütövlüyünü tez tanımalı idim" - Paşinyandan ETİRAF
- 15:26 Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO
- 15:05 “Azərişıq” ASC bu kəndlərdə elektrik təsərrüfatını yeniləyir
- 14:45 Leyla Əliyeva Qurbanqulu Berdiməhəmmədovun qızı ilə görüşdü
- 14:28 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
- 14:15 Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanda
- 13:52 Milli mətbuat - 150: Televiziya və müasir çağırışlar
- 13:44 145 milyon illik yeni məməli növü kəşf edildi
- 13:42 Bu tarixdən güclü külək başlayacaq - XƏBƏRDARLIQ
- 13:35 Melissa Park-la bağlı YENİ İDDİA: Bu dəfə sakinlərin yolu bağlandı - VİDEO
- 13:28 Yardım mərkəzinə hücum - 21 fələstinli həlak oldu
- 13:16 "Qalatasaray" "Napoli"nin bu şərtini qəbul etdi
- 13:14 “Su şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi - FOTOLAR
- 13:10 Şəxsi təyyarə qaçırıldı - Hava limanı müvəqqəti bağlandı
- 12:53 Süni İntellektin enerji istehlakı - Böyük təhlükə və həll yolları
- 12:37 Sabah 40° isti olacaq
- 12:24 Bakıda qaraçılar aptekdən oğurluq etdilər - ANBAAN VİDEO
- 12:06 İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov ilə görüşdü
- 11:45 Yasamalda "BMW" yandı - VİDEO
- 11:27 Su kanallarında boğulmalar artır – Deputatdan qurumlara VACİB ÇAĞIRIŞ

