“Mayın 28-də, Azərbaycanın Müstəqillik Günündə Azərbaycan-Türkiyə-Pakistan ikinci Zirvə görüşünün keçirilməsi ölkələrimiz və xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığının daha bir nümayişidir. Bu mühüm və mötəbər tədbirin 30 illik erməni işğalından sonra yenidən qurulan və sürətlə dirçələn Laçında təşkil olunması isə xüsusi siyasi və mənəvi önəm daşıyır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, vurğulayıb ki, sammitdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin öz çıxışlarında səsləndirdikləri fikirlər də bu üç qardaş ölkə arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini bir daha təsdiqləmiş oldu. “Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimizin və xalqlarımızın bir-birinə bağlılığının əsasında birgə tarix, mədəniyyət və ortaq mənəvi dəyərlərin durması da əsil qardaşlıq münsibətlərinin formalaşmasını şərtləndirən ən mühüm amillərdən biridir. Bu üç qardaş ölkə daim bir-birinin yanında olub və bu gün də yanındadır. Azərbaycan xalqı 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyi əsla heç zaman unutmayacaq. Azərbaycan da hər zaman qardaş Türkiyənin və Pakistanın yanında olub. Türkiyədə PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir və Azərbaycan buna ən çox sevinən ölkələrdən biridir. Azərbaycan Pakistan və Hindistan arasında bu yaxınlarda yaşanmış son gərginliyi böyük narahatlıqla izləmiş və ilk gündən Pakistanla həmrəyliyini açıq şəkildə ifadə etmişdir.”
K.Qafarov daha sonra Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif sahələrdə iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb: “Cənab Prezident İlham Əliyev Azərbaycanın Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyduğunu və Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazır olduğunu bəyan etməklə iqtisadi əlaqələrin genişləndirilməsi zərurətini, eləcə də bunun üçün böyük imkanlar olduğunu diqqətə çatdırdı. Xüsusilə müdafiə sahəsində əməkdaşlığın ölkələrimiz arasında tərəfdaşlığın önəmli istiqamətlərindən biri olduğu qeyd edildi. Əlbəttə birgə hərbi təlimlər və hərbi-texniki sahədə həyata keçirilən layihələr hər üç ölkənin silahlı qüvvələrinin güclənməsinə xidmət edir. Bu çox mühüm bir amildir. Çünki Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı kifayət qədər böyük bir coğrafiyada sülhün və sabitliyin qorunmasını təmin edir”.
“Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı əbədidir”
11:25 - 31 May 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edildi

Azərbaycan XİN-dən ABŞ-nin İrana hücumu ilə bağlı BƏYANAT

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Azərbaycan və Əlcəzair əməkdaşlıqdan məmnundur

“İran danışıqlara hazırdır" - Pezeşkian

"Azərbaycan Suriyaya humanitar yardımı davam etdirəcək"

Hikmət Hacıyevdən Laçınla bağlı növbəti PAYLAŞIM

DTX-nin saxladığı sabiq icra başçısı həbs olundu

Hesablama Palatası Dövlət Neft Fondunda yoxlamalar apardı

İraq dövlət başçısı İlham Əliyevi təbrik etdi

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə müzakirə apardı

Prezident onları təltif etdi - SƏRƏNCAM
Xəbər xətti
- 22 İyun 2025
- 19:25 Deputata ağır itki
- 19:18 Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul edildi
- 19:16 Qazaxıstanda təyyarə qəzası - Ölənlər var
- 19:06 Daha bir neçə ölkə vətəndaşları Azərbaycana gəldilər
- 18:21 Minik və yük maşını toqquşdu - Yaralı var
- 17:41 İran parlamenti Hörmüz boğazını bağlamaq istəyir
- 17:07 Küləklə bağlı XƏBƏRDARLIQ
- 16:16 Azərbaycan XİN-dən ABŞ-nin İrana hücumu ilə bağlı BƏYANAT
- 15:52 Doktorant və dissertant olmaq istəyənlər imtahan verdilər
- 15:36 İrandan İsrailə yeni hücum: 35 raket buraxıldı - Yaralılar var
- 15:25 Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı
- 15:12 İrandan beynəlxalq aləmə ÇAĞIRIŞ
- 14:34 Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq
- 14:15 SON DƏQİQƏ! Polkovnik rüşvət alarkən saxlanıldı
- 14:09 Əməkdar mədəniyyət işçisi vəfat etdi - FOTO
- 13:58 Azərbaycan və Əlcəzair əməkdaşlıqdan məmnundur
- 13:42 Prezidentin ailə üzvləri də gecəki döyüşləri izləyib - FOTOLAR
- 13:21 İranda zəlzələ baş verdi
- 13:14 İranda İsrail casusu edam edildi
- 12:45 Yağış, şimşək, dolu... - Sabahın havası
- 12:36 Yeniyetmənin meyiti tapıldı - Yevlaxda faciə
- 12:17 "İmperator Hall"da toyda DAVA: Bəy tərəflər arasında qaldı - FOTOLAR
- 11:59 İran İsrailə qarşı ilk dəfə bu raketdən istifadə etdi
- 11:21 İsraildən Quma zərbə - Ölənlər var
- 10:57 Bakıda yataqxanada YANĞIN
- 10:41 İran BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb etdi
- 10:29 Atəş nəticəsində İsraildə yaralananların sayı artdı - YENİLƏNİB
- 10:22 Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
- 10:14 İsrail İranın qərbinə zərbələr endirir
- 10:03 Bu gün dövlət qulluğu imtahanı keçiriləcək
- 09:45 İrandan İsrailə yeni raket dalğası
- 09:32 Tofiq Musayev ilk raundda məğlub oldu - VİDEO
- 09:21 "Nüvə obyektlərinə hücum uzunmüddətli nəticələrə səbəb olacaq"
- 09:06 Daha bir ölkədə güclü zəlzələ oldu
- 08:30 8 nəfər havada yanaraq öldü - Braziliyada faciə
- 08:00 Türkiyəli jurnalist Fatih Altaylı saxlanıldı
- 06:01 “Yeni zərbələr planlaşdırılmayıb” - KİV
- 05:52 İran həmin hücumları təsdiqlədi
- 04:48 ABŞ ordusu İranın nüvə obyektlərinə hücum etdi
- 01:30 İran İsrailə qarşı taktikasını dəyişdi
- 00:30 Ali Məhkəmədən müəmmalı qərar: Uşaq anada yox, atada qaldı
- 21 İyun 2025
- 23:52 Azərbaycanda körpə ölümü ilə bağlı STATİSTİKA
- 23:43 Sevil Əliyevanın oğlu evləndi
- 23:25 Axundla qoşulub qaçan 16 yaşlı qız danışdı - VİDEO
- 23:11 Tanınmış MTK ağacları kəsibmiş.. - Rəsmi açıqlama
- 22:56 Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO
- 22:21 Yuxusuzluğa qarşı təsirli qidalar
- 22:03 “İran danışıqlara hazırdır" - Pezeşkian
- 21:57 Ayaqyalın gəzməyin sağlamlığa mühüm faydaları
- 21:54 Fatih Terimə böyük ŞOK – Yerinə başqası gətirilir
- 21:47 Qadın küçədə döyüldü - Heç kim müdaxilə etmədi

