“İyulun 4-də Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü öz işinə başlayıb. Məlumdur ki, Azərbaycan ECO-ya üzv ölkələrlə həm təşkilat daxilində, həm də ikitərəfli formatda əlaqələrinin genişləndirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlayır. Bu məqsədlə ölkəmiz mütəmadi olaraq təşkilat daxilində bir çox sahələrdə səmərəli təklif və təşəbbüslərlə çıxış edir.”
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, Azərbaycan artıq üçüncü dəfədir ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. “Əvvəlki iki zirvə görüşü 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilmişdir. Şübhəsiz, Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi də ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Öz çıxışında cənab Prezident İlham Əliyev vurğuladı ki, bugünkü Zirvə görüşünün məhz Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistan işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə keçirilmiş ECO-nun Nazirlər Şurası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü və Laçında bu ilin may ayında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü işğaldan azad olunmuş şəhərlərimizin beynəlxalq nüfuzunun yüksəlməsini təmin edən mötəbər tədbirlərdir.”
K.Qafarov İqtisadi Əməkdaşlıq Təşkilatının beynəlxalq nüfuzunun yüksəlməsi istiqamətində Azərbaycanın çalışma və səylərinin, eləcə də bu sahədə əldə olunan uğurların ECO-ya üzv ölkələrin diqqətindən kənarda qalmadığını da qeyd edərək deyib: “İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan yalnız öz inkişafını deyil, həm də qonşu və tərəfdaş xalqların rifahını düşünən, əməkdaşlıq yaradan bir ölkədir. Sammit çərçivəsində müzakirə edilən dayanıqlı inkişaf, regional əməkdaşlıq və iqlim məsələləri kimi mövzular da Azərbaycanın müəyyən olunmuş prioritetlərinə son dərəcə uyğundur. Demək olar ki, bu istiqamətlərdə Azərbaycan müasir beynəlxalq gündəliyə ən çox töhfələr verən ölkələrdən biridir. Bu baxımdan keçən il tarixdə ilk dəfə olaraq ECO məkanında keçirilmiş COP29 konfransına ölkəmizin sədrliyi xüsusi qeyd olunmalıdır. Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə ECO Həftəsi keçirilir. Şuşada ECO-nun Biznes Forumu, Ağdamda Gənclər Forumu, Laçında isə Qadınlar Forumu təşkil edilmişdir. Hazırda ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin edilməsi istiqamətində işlər davam edir. Əlbəttə ki, bütün bunlar həm İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə, həm beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edir. Diqqətəlayiq haldır ki, ECO-ya üzv ölkələr tərəfindən Azərbaycanın bu kimi təşəbbüsləri yüksək qiymətləndirilir və dəstəklənir”.
“Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının güclənməsinə böyük töhfələr verir” - Kamaləddin Qafarov
10:52 - 06 İyul 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
15 Sentyabr 2026 - 13:29
Hava bu tarixdən dəyişir - Yağış yağacaq, şimşək çaxacaq
15 Sentyabr 2026 - 16:00
Qarabağ reallığı Ermənistanın revanşist dairələrini narahat edir
15 Sentyabr 2026 - 18:14
Azərbaycanda yüksək vəzifəli şəxslər SAXLANILDI
15 Sentyabr 2026 - 14:00
Azərbaycandan Ermənistana sülh testi - Qarabağda yeni reallıq, İrəvanda isə köhnə ritorika?
15 Sentyabr 2026 - 16:05
Yardımlının icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
15 Sentyabr 2026 - 20:18
Anar Bayramov onları da vəzifədən azad etdi - FOTOLAR
15 Sentyabr 2026 - 17:08
Sülhə aparan yol yeni reallıqlardan keçir
15 Sentyabr 2026 - 13:43
Azərbaycanda güllələnmiş meyit tapıldı
15 Sentyabr 2026 - 18:53
Polis Akademiyasında andiçmə mərasimi keçirildi - FOTO/VİDEO
15 Sentyabr 2026 - 15:46
Statistika Komitəsinin şöbə müdirləri işdən çıxarıldı
15 Sentyabr 2026 - 16:25
Prezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - YENİLƏNDİ
15 Sentyabr 2026 - 14:12
Onlara da xüsusi rütbə veriləcək
Xəbər xətti
- 16 Sentyabr 2026
- 12:55 Asiya İnkişaf Bankının Direktorlar Şurasının üzvləri ADY-də oldular - FOTOLAR
- 12:47 AccessBank QSC Cyberark PAM tenderi elan edir
- 12:36 "Türk dünyası dialoqları TDT-nin Ankara sammitinə töhfə verəcək" – Pirinççi
- 12:24 Prezident Qaradağda açılışda - FOTOLAR
- 12:19 Jurnalistləri daşıyan helikopter qəzaya düşdü - Ölən və yaralananlar var
- 12:19 Avtomobil vuran kişi xəstəxanada öldü
- 12:08 Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb
- 11:58 “Əlaqələrimizin inkişafı üçün intensiv şəkildə səylər göstərəcəyik” - Ferhat Pirinççi
- 11:50 İlham Əliyevdən konfrans iştirakçılarına MÜRACİƏT
- 11:49 İranla müharibə ABŞ-yə neçəyə başa gəlib?
- 11:35 İlham Əliyev bir qrup şəxsi təltif etdi - SƏRƏNCAM
- 11:28 Ata 2 yaşlı oğlunu döyüb - Komaya saldı
- 11:23 “Kurtlar Vadisi”nin tanınmış aktyorundan diqqətçəkən sözlər
- 11:18 Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” adlı panel müzakirələr keçirildi
- 11:17 Avropada bu əraziyə köçənlərə pulsuz ev və iş veriləcək
- 11:11 Azərbaycanda abortların sayı ilə bağlı dəhşətli STATİSTİKA
- 11:01 Kadir İnanırın vəsiyyəti açıqlanacaq
- 10:55 Messi vida matçı keçirəcək
- 10:43 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi
- 10:33 Göygöldə avtomobil aşdı - 3 yaralı
- 10:21 Xəbər hazırlayarkən xəbərə çevrildilər - Ölənlər var (VİDEO)
- 10:07 Müğənninin qardaşı baş həkim təyin olundu
- 09:58 Bakıda maşın piyadanı vurub öldürdü
- 09:46 Neftimiz 128 dollara satılır
- 09:37 19 illik məhkum zabitə zor tətbiq edib? – Məhkəmə
- 09:23 UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür
- 09:15 Sumqayıtda AĞIR QƏZA - Ölən var
- 09:03 Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi
- 08:55 Bakının bu yollarında sıxlıq var - SİYAHI
- 08:30 Qan qrupu xəstəliklərin inkişafına təsir edə bilərmi? - Araşdırma
- 08:00 Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu
- 01:30 Qlobal sarsıntılar insan həyatını necə dəyişir? - Alimlər açıqladı
- 00:30 İkardinin “Latsio”ya transferi təxirə düşdü
- 15 Sentyabr 2026
- 23:59 Prezidentin sosial şəbəkə hesablarında bugünkü qəbula dair PAYLAŞIM
- 23:44 Minik maşını eşşək arabası ilə toqquşdu - Yaralılar var
- 23:22 “Ancaq yırtıcı rəhbərləri üçün villalar tikmişdilər” - VİDEO
- 23:14 AFFA-da yeni təyinatlar
- 22:51 Prezidentlə Şeyxin səmimi söhbəti - VİDEO
- 22:33 Biləsuvarda kişi evində ölü tapıldı
- 22:17 Bəzi ərazilərdə işıq olmayacaq - Sakinlərin NƏZƏRİNƏ
- 21:54 Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid etdi
- 21:35 Futbolçu Rahim Sterlinq məhkəməyə çıxarıldı
- 21:16 ABŞ ordusu SEPAH-ın 2 katerini məhv etdi
- 20:52 Bakıda qadın küçədə öldü
- 20:34 Nepalda daşqınlarda ölənlərin sayı ARTDI
- 20:18 Anar Bayramov onları da vəzifədən azad etdi - FOTOLAR
- 20:03 "Bir gün onsuz da hamımız öləcəyik" - İlon Maskdan süni intellektlə bağlı XƏBƏRDARLIQ
- 19:59 "ABŞ İran təhdidini bitirir" - Skott Bessent
- 19:46 İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
- 19:34 Çin bu vətəndaşlarına ölkədən çıxmağa qadağa qoyur
- 19:17 "Ermənistan cəmiyyətinin diplomatların səfərlərinə reaksiyası qəbuledilməzdir"